Türkiyənin Adana şəhərində Sənəm Barık və rəfiqəsi Zeliha Sevgilbaşın dünən gecə öldürülməsi ilə əlaqədar cinayət şübhəlisi və 5 qohumu saxlanılıb. Qonşular qızların qaldıqları evə 6 şəxsin hücum etdiyini deyiblər.
Adanada boş bir ərazidə cəsədləri tapılan 2 qadının qohumları tərəfindən evlərində boğazlarına bıçaq dirənərək, saçlarından sürünüb avtomobilə mindirildikdən sonra döyülərək silahla öldürüldükləri ortaya çıxıb.
Cinayətlə əlaqədar istintaqa başlayan polis hadisəni Sənəm Barıkın həbsxanadakı həyat yoldaşı Ərəb Barıkın əmisi oğlu Doğanın (19) törətdiyini ortaya çıxarıb. Polis araşdırma zamanı hadisədə adı hallanan Doğan Barık, atası Davud Barık, Doğan Barıkın 14 yaşlı qardaşı O.B., Sənəm Barıkın qayınatası Hikmət Barık (65), qardaşları Ayhan Barık və Savaş Barıkı nəzarətə alıb.
Doğan Barıkın istintaqa açılamasında "Məhəllədə gəlinimiz Sənəm Barıkın fahişəlik etdiyi dedi-qodusu yayıldı. Buna görə də öldürdüm. Namusumu təmizlədim", - dediyi məlum olub.
///Milli.Az
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub