Bakıda baş verən yol qəzasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşı xəsarət alıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Salyan yolu küçəsi 12 ünvanının qarşısında qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Kamran Əliyevin idarə etdiyi “Daewoo” markalı avtobus piyada keçidində dayanmış 38 yaşlı Sadıq İsrafilovun idarə etdiyi “Subaru” markalı avtomobilin arxa hissəsindən vurub.
Qəza nəticəsində S.İsrafilovun sərnişini BƏƏ vətəndaşı, 1994-cü il təvəllüdlü Al Sehhi Ahmad Raşid Hamdan kəllə-beyin travması alıb. O, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub