Səhər saatlarında Zığ yolundan hava limanına gedən istiqamətdə qəza baş verib. Qəza nəticəsində "VAZ-2104" markalı avtomobildə olan 3 nəfər yanaraq ölüb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, “KİA” markalı avtomobil “VAZ-2104” markalı avtomobili arxadan vurub. Hadisə nəticəsində "VAZ-2104" markalı avtomobil alışmağa başlayıb.
Hadisənin şahidlərindən Fikrət Ağammədov deyir ki, qəzaya səbəb "İkarus" markalı avtobus olub: "Gəldim gördüm ki, burada maşın yanıb. İçərisində 3 nəfər var idi. Üçü də yanmışdı. Sıxılmış vəziyyətdə qalmışdılar. Qəza olan kimi benzin bankından od tutub, yanıb. Məlumata görə, "İkarus" çaşdırıb "KİA"nın sürücüsünü, o da gəlib dəyib "VAZ-2104"ə. "KİA"da bir nəfər idi. O da sağ idi. Digərlərini isə xilas etmək mümkün olmadı".
Qəzadan dərhal sonra hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın nəticəsində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, 1973-cü il təvəllüdlü Gülağa Quliyev və sərnişinlər - 1973-cü il təvəllüdlü Elçin Sadıqov və onun qardaşı, 1968-ci il təvəllüdlü Namiq Sadıqov Səbbar oğlunun yanmış meyitləri xilasedicilər tərəfindən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub