Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" və "KİA” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Mynews.az "azxeber"ə istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın nəticəsində "VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmış və avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 3 nəfərin yanmış cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub.
Əməliyyat saat 09:02-də başa çatıb.
Yanğın zamanı hadisə şahidlərinin çəkdiyi görüntülər ortaya çıxıb. Görüntülərdə xilasetmə qruplarının artıq yanğını söndürdükləri və ölən adamların cəsədlərinin avtomobillərin içərisində olduğu görünür.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub