Qubanın Alpan kəndində Əşrəf Süleymanovun qızı, 13 yaşlı Səfurəni öldürməsinin təfərrüatı məlum olub.
Kəndin icra nümayəndəsi Tofiq Qubatov bildirib ki, Ə.Süleymanov qızını bir bıçaq zərbəsi ilə öldürüb:
"O, ruhi xəstədir. Hadisəni törədəndə də özündə olmayıb. Biz indi həmin evdəyik, Əşrəf qızının meyiti üzərində ağlayır. Psixi problemləri var, bir anda tutub və cəmi bir bıçaq zərbəsi ilə qızını öldürüb, yəqin ki, ürək nayihəsinə vurub. İndi özünə gəlib, özü də çox pis haldadır".
T.Qubatov bildirib ki, Ə.Süleymanov həyat yoldaşından ayrılıb, lakin uşaqlar onun yanında qalırdı:
"Əşrəfin bundan başqa bir qızı da var, onun da 11-12 yaşı olmalıdır. Həyat yoldaşı ilə qeyri-rəsmi nikahda olublar, sonra da o, uşaqları atasının yanında qoyub çıxıb gedib. Qızlara Əşrəfin anası baxırdı. Bu vaxta qədər onun nə qızlarına, nə də kənd camaatına qarşı pis davranışını görməmişik. Psixi problemləri var idi, ancaq daim müalicə alırdı, anası onun dərmanlarını içməsinə həmişə nəzarət edirdi. Hadisə də bir anda olub".
mənbə: publika.az
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub