Argentinada dəhşətli hadisə baş verib.
Mmynews.az-ın verdiyi Milli.az "Mirror"a istinadla bildirir ki, 16 yaşlı hamilə qadın zorlandıqdan sonra boğularaq öldürülüb. Onun cansız bədəni tapılıb.
16 yaşlı Ornella Dotorinin cəsədi Tukumanın 62 mil uzaqlığındakı Naranjo Esquinadan iki uşaq tərəfindən tapılıb.
Ornella cinayəti Argentinanın bu ayı üçün 5-ci qadın cinayətidir. Onun ölümü ölkədə etiraz aksiyalarının keçirilməsinə səbəb olub.
Ornella ölərkən 6 aylıq həftəlik hamilə olub. O, bir neçə gün öncə yoxa çıxsa da, qohumları bu barədə polisə məlumat verməyiblər.
Onun cəsədinin üzərində aparılan araşdırmalardan məlum olub ki, qadın təcavüzə məruz qaldıqdan sonra boğularaq öldürülüb.
Qadının ölümündən aylar öncə Feysbuk-da narahatlığı ilə bağlı status yazdığı məlum olub. O, statusunda qorxu içərisində olduğunu qeyd etsə də, kimsə buna əhəmiyyət verməyib.
Polis cinayətə görə şübhəli kimi Damian del Valle Fernandezi saxlayıb. Lakin o, Ornellanı öldürmədiyini iddia edir.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub