25 yaşlı Salyan sakini Əliyeva Səidə Əkrəm qızı videomüraciət yayaraq, Sabirabad Rayon Polis Şöbəsinin müstəntiqi leytenant Elnur Əliyev tərəfindən zorakılığa məruz qaldığını, zorlandığını, aldadıldığını iddia edib.
Səidə Əliyeva qeyd edib ki, o, işə qəbulla bağlı ASAN xidmətə müraciət edib. Onların müraciət sənədləri Sabirabad Rayon Polis Şöbəsində toplanırmış. Şöbənin əməkdaşı Elnur Əliyev (Məhəddin oğlu) onun telefon nömrəsini məhz buradan əldə edib. Sfera.az a24.az-a istinadən xəbər verir ki, xanım həmin şəxs etirazına baxmayaraq onu narahat etdiyini idda edir. Sonralar onunla ciddi münasibət qurmaq, evlənmək istədiyini deyib. Beləcə onunla mütəmadi cinsi əlaqədə olub.
Beləcə Səidə Əliyeva hamilə qalıb: " Elnur Əliyev uşağı abort etdirmək istəyirdi. Mənimlə zorla cinsi əlaqədə olurdu ki, uşaq tələf olsun".
Beləcə 2016-cı ildə Əliyev Nuran Elnur oğlu əlil doğulub.
Anası uşaq doğulandan sonra Elnur Əliyevə zəng vuraraq uşağa sahib durmasını istəyib. Qarşı tərəf buna ciddi reaksiya vurmayınca, Səidə Əliyeva Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurub. S.Əliyeva iddia edir ki, bundan sonra Elnur Əliyev evinə gələrək onu dövlət nikahına salıb. Səidə Əliyeva bu işin xüsusi düşünülmüş plan olduğunu deyir. Çünki bundan sonra polsi əməkdaşı onunla ümumiyyətlə maraqlanmayıb. Artıq o bu barədə heç yerə şikayət edə bilmədiyini, hər yerdən "sən artıq onunla evlisən" cavabını aldığını deyirlər: "Sən demə bu Daxili İşlər Nazirliyində birinci dəfə deyilmiş".
A24.Az Sabirabad Rayon Polis Şöbəsinin müstəntiqi Elnur Əliyevlə əlaqə saxlayıb. O, Səidə Əliyevanın qaldırdığı iddialarla razı olduğunu bildirib. "Onun dedikləri hamısı doğrudur".
Səidə Əliyevanın videomüraciətini təqdim edirik: