Hacıqabul rayonunda ov edən turistlərin gülləsi yol ilə hərəkət edən avtomobilə dəyib.
Mynews.az report.az-a istinadən bildirir ki, ov tüfəngindən açılan atəş "Mercedes" markalı mikroavtobusun alın şüşəsinə dəyib.
İnsident nəticəsində sürücü və sərnişinlər xəsarət almasa da, avtomobilə ziyan dəyib.
Bərdə rayonundan olan sürücü İman Seyidovun iddiasına görə, atəşi açanlar Hacıqabulda çöl quşu ovlayan ərəblər olub. Hadisə o, şəxsi avtomobili ilə Bakıya gedən zaman baş verib. Sürücü ona təqribən 1000 manat dəyərində ziyan dəydiyini bildirir.


1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub