Sürət həddi saatda 70 kilometr olan yolda saatda 100 kilometr sürətlə 2 şaqman markalı yük avtomobili avtoşluq edir. Sanki yarış meydançasında özlərini hiss edən bu yük avtomobillərinin sürücüləri həm özlərinin, həm də yolda olan digər sürücülərin həyatını təhlükəyə atırlar.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, görünülər Ələt-Astara yolunda arxada hərəkət edən avtomobildə olan sərnişin tərəfindən qeydə alınıb.
"Xəzər Xəbər"in votsap nömrəsinə göndərilən görüntülərdə hər iki yük avtomobilinin sürücüsünün saaatda 100 kilometr sürətlə hərəkət etdiyi aydın görünür. Bununla yanaşı, yük avtomobilindən birinin sürücüsü qəza şəraiti yaradaraq yolda dayanmış digər yük avtomobilinə çırpılmaqdan son anda xilas ola bilir.
Kadrlardan aydın olur ki, qaydani pozan 99 XF 420 və 99 DF 994 dövlət nömrə qeyydiyyat nişanlı yük avtomobillərinin sürücüləridir.
Belə vəziyyətdə yol polisi sürücülərin törətdiyi qayda pozuntusunu radarla qeydə alarsa, onlarıın hər birini 50 manat və 2 cərimə balı gözləyir.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub