““Baku Bus” MMC-yə məxsus avtobusun dayanacaqdan kənarda saxlanılması nəticəsində sərnişin qəzaya düşüb. Hadisə aprelin 9-da metronun “28 may” stansiyasının yaxınlığında baş verib”.
Bu iddia ilə “Bizim Yol”a zərərçəkənin yaxını bildirib.
Onun sözlərinə görə, “99 JH 065” dövlət nömrə nişanlı avtobusdan düşən sərnişin Nərgiz Məmədzadəni motoskiletin vurması nəticəsində ağır bədən xəsarətləri alıb.
Hadisənin 21-ci Polis Bölməsinə araşdırıldığı bildirilir.
İnformasiya sorğumuza cavab verən “Baku Bus”ın mətbuat xidmətinin rəhbəri Mansur Piriyev hadisənin araşdırıldığını bildirdi: “Avtobusun müşahidə video kamerasının görüntülərinə baxdıq. İddia öz təsdiqini tapmadı. Sürücü avtobusu dayanacaqdan kənarda saxlamayıb. Və istənilən halda məsələyə hüquqi mühafizə orqanları qiymət verəcək”.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub