Ağdamda məktəb binasına bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb.
Mynews.az xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsindən Report-a verilən məlumata görə, naməlum şəxs Ağdam rayonun Quzanlı qəsəbəsində yerləşən 18 saylı məktəb binasına bomba qoyulması və bir necə dəqiqədən sonra partlayacağı barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttində məlumat verib.
Zəng edən şəxs iddia edib ki, məktəbə bombanı dövlət nömrə nişanı olmayan qara rəngli avtomobildən düşən 3 nəfər qoyub.
Dərhal aparılan araşdırmalarla zəng edən şəxsin Ağdam rayon sakini, hazırda Bərdə rayonunda müvəqqəti məskunlaşan 44 yaşlı Aslanov Elburus Teymur oğlu olması müəyyən edilib.
Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elburus Aslanov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub