Dünən Bakıda 4 nəfər özünü öldürüb.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayon sakini, 1968-ci il təvəllüdlü Babayev Kamal Aslan oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi və spirtli içki aludəçisi olduğu bildirilir.
Bundan başqa, Maştağa qəsəbəsində yaşayan Derenov Vyaçeslav Vladimiroviç tanışına məxsus həyət evində özünü asaraq intihar edib. Məlum olub ki, rus əsilli Azərbaycan vətəndaşı olan V.Derenov keçən il həyat yoldaşından boşanıb və maddi çətinliklərlə mübarizə aparırmış. O, məhkəmənin təyin etdiyi alimenti ödəyə bilmədiyi üçün özünü asıb.
Daha bir intihar hadisəsi Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 42 yaşlı Zaur Hacıyev evdə özünü asaraq həyatına son qoyub.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub