Suraxanı rayonu Binə qəsəbəsi, Südçülük sovxozunda ailə münaqişəsi zəminində arvad ərini bıçaqlayıb.
Belə ki, 2011-ci ildə ailə həyatı quran Nuranə Rüstəmova 1974-cü il təvəllüdlü Məmmədov Qurban Hüseyn oğlu ilə birgə onun evində yaşamağa başlayıb. Qeyd edək ki, bu, Q.Məmmədovun 3-cü, N.Rüstəmovanın isə 2-ci ailə həyatı olub.
Mynews.az xəbər verir ki, İnterAz-a verilən məlumat görə, Nuranə Rüstəmova Qurban Məmmədovun 2-ci ailəsindən olan uşağını döyüb. Buna dözməyən ata, Nuranə ilə mübahisə edib və bu zaman qadın mətbəxt bıçağı ilə kişiyə bir neçə xəsarət yetirib.
Qan içində olan Qurban Məmmədov təcili tibbi yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Cərrahiyə əməliyyatı olunan 43 yaşlı kişinin vəziyyəti orta-ağırdı.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinə məlumat verilib. Bölmənin əməliyyatçıları Nuranə Rüstəmovanı şübhəli şəxs qismində həbs ediblər.
Qeyd edək ki, saxlanılan qadın süpürgəçi, zərərçəkən kişi isə fərdi əməklə məşğul olub.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub