Fövqəladə Hallar Nazirliyi 2017- ci ilin I rübündə baş vermiş yanğın hadisələrinə dair statistik məlumat dərc edib.
Mynews.az xəbər verir ki, 2017-ci ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 2204 çıxış edilib. Yanğın hadisələri zamanı 24 nəfər həlak olub, 64 nəfər xəsarət alıb ki, bu da ötən ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 7 nəfər və ya 41%, xəsarət alanlar üzrə 35 nəfər və ya 121% çoxdur. Yanğınların söndürülməsi zamanı 20 nəfər xilas edilib, 353 nəfər təhlükəsiz ərazilərə təxliyyə olunub.
Bundan əlavə, 2017-ci ilin I rübü ərzində respublika ərazisində 31 partlayış hadisəsi baş verib ki, bu da 2016-cı ilin I rübü ilə müqayisədə 10 hadisə və ya 48% çoxdur. Partlayışlar zamanı 7 nəfər həlak olub, 42 nəfər xəsarət alıb.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub