Dünən Bakının Səbail rayonu ərazisində - Salyan şosesi 22 ünvanının qarşısında baş vermiş güllələnmə hadisəsi ilə bağlı 2 nəfər saxlanılıb.
Mynews.az Lent.az-a-a istinadən xəbər verir ki, 17 yaşlı Firuddin İsmayılov və 31 yaşlı Ələddin Bağırovun güllə yarası alması ilə nəticələnən hadisədə iştirak etmiş Soltan Turabov və Aqil Seyidəliyev saxlanılıb. Hadisədə iştirak etmiş Elgün və İbrahim adlı şəxslərin də saxlanması istiqamətində iş aparılır.
Güllələnən şəxslərin həyatına təhlükə qalmayıb. Onların hər ikisi ayağından yaralanıb və diz nahiyələrinə qırmalar girib.
10:05
Bakının Səbail rayonunda silahlı insident qeydə alınıb.
Mynews.az "Report"a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Bağırov Ələddin İsəddin oğlu Bayıl qəsəbəsində naməlum şəraitdə güllə yarası alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
O, Səbail Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarına ilkin dindirilmə zamanı bildirib ki, qəsəbə ərazisində küçə ilə hərəkət edən zaman naməlum istiqamətdən ona atəş açılıb.
Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub