Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Ələt-Astara yolunun Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində baş verib. Belə ki, naməlum avtomaşın 1976-cı il təvəllüdlü qəsəbə sakini Vəliyev Anar İdris oğlunu vurub.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ləkəran şöbəsinə təhvil verilib. Piydanın ölümünə səbəb olan sürücünün şəxsiyyəti məlum olub.
Mynews.az Report-a istinadən xəbər verir ki, bu, 1987-ci il təvəllüdlü Lənkəran rayon Mamusta kənd sakini Muradov Kamil Əyyar oğludur. O, özü polisə gələrək təslim olub. Sürücü, “Mercedes” markalı 90-KF-505 dövlət qeydiyyat nişanlı avtomobil ilə 1976-cı il təvəllüdlü Gərmətük qəsəbə sakini Vəliyev Anar İdris oğlunu vurub. Yaralı xəstəxanaya aparılarkən yolda keçinib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub