USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Bədbəxt hadisə ilə bağlı metropoliten rəsmisindən AÇIQLAMA

12:06 20.04.2017
Bədbəxt hadisə ilə bağlı metropoliten rəsmisindən AÇIQLAMA
12:06 20.04.2017
“Hadisənin kamera görüntülərindən bəlli olur ki, həmin şəxs təxminən 30-35 yaşlarında olub”.   
Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Nizami” stansiyasında sərnişinin qatar relslərinin üzərinə yıxılaraq xəsarət alması barədə açıqlamasında deyib. 
Olayın diqqətsizlik nəticəsində yaşandığını deyən qurum rəsmisi əlavə edib ki, sərnişinin üzərində heç bir sənəd olmadığı üçün kimliyi hələ dəqiq bilinmir: “Sərnişin həmin vaxt tək imiş. Təhlükəsizlik xəttini keçib və diqqətsizlikdən ayağı sürüşüb yıxılıb, xəsarət alıb. O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib”. 
Metro polisindən aldığımız məlumata görə isə, zərərçəkmiş alkoqol qəbul edibmiş. 
1 saylı Kliniki Tibbi Mərkəzdən ( Semaşko) isə Lent.az-a verilən məlumata görə, zərərçəkmiş hazırda koma vəziyyətindədir. O açıq kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Lazımi bütün yardımlar edilib. Vəziyyəti ağır olaraq qalır. Xəstəxanadan o da əlavə edildi ki, hələki xəstənin yalnız adının Fərid olduğu müəyyən edilib. 
Onun barəsində əlavə məlumat yoxdur. 

Xəbər lenti