Dünən Bakının Biləcəri qəsəbəsində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Mynews.az-ın məlumatına görə, yaşadığı evin həyətində özünü asaraq həyatına son qoyan 27 yaşlı Xumar Abbasova ailəli olub. Evdar xanım olan X.Abbasova həyat yoldaşı və 2 yaşlı körpəsi ilə birgə yaşayırmış.
Bildirilir ki, X.Abbasovanın özünü asmasından ilk olaraq həyat yoldaşı xəbər tutub. Lakin artıq gec olub. Onun ailədaxili problemlər səbəbindən həyatına qəsd etdiyi ehtimal edilir.
*****
9:38
Bakıda 27 yaşlı qadın intihar edib.
Mynews.az Report-a istinadən xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.
Qəsəbədəki nömrəsiz evlərdən birində yaşayan 1990-cı il təvəllüdlü Xumar Abdullayeva özünü iplə asaraq intihar edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub