Bakıda mənzildə çürümüş qadın cəsədi aşkarlanıb.
Mynews.az "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda, "20-ci sahə" adlanan ərazidə qeydə alınıb.
Belə ki, həmin ərazidəki mənzillərdən birində 1939-cu il təvəllüdlü Eynullayeva Solmaz Qüdrət qızının çürümüş meyiti aşkarlanıb.
S.Eynullayevanın əqli çatışmazlığı olan oğlu anasının öldüyünü anlamayıb. Bu səbəbdən də o, ahıl qadını yatmış hesab edərək anasının üzünü sellofanla örtüb və bir neçə gün onunla eyni mənzildə qalıb.
S.Eynullayevanın oğlu yalnız bir neçə gün sonra qadının meyiti çürüməyə başladıqda təcili yardıma müraciət edib. Mənzilə gələn tibb işçiləri 78 yaşlı qadının çürümüş cəsədini aşkar ediblər.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub