Gəncədə güclü külək həyəcanı - Gənc ölümdən döndü
ARB 24 xəbər verir ki, günorta saatlarından başlayan güclü külək Tovuzda bir sıra fəsadlar törədib. Ağaclar aşıb,elektrik naqilləri sıradan çıxıb, bununla əlaqədər olaraq elektrik enerjisinin təminatı dayandırılıb. Kökündən çıxan ağacın yanından keçən yeniyetmə son anda faciədən xilas olub.
Şəhərin mərkəzində aşmaq təhlükəsi olan daha bir neçə ağac var. Güclü külək piyada keçidinə də ziyan vurub. Keçidin dam örtüyünün bir hissəsi yararsız hala düşüb. Bununla yanaşı bəzi yaşayış evlərinin dam örtüyünə də zərər dəyib. Aidiyyatı qurumlar fəsadların aradan qaldırılması üçün ərazilərə cəlb olunub.
Ümumilikdə Tovuz, Qazax, Ağstafa rayonlarının bəzi yaşayış məntəqələri də elektrik dirəklərinin əyilməsi və naqillərin sıradan çıxması səbəbindən işıqsız qalıb. Hidrometeoroloqların proqnozlarına görə, küləkli hava şəraiti aprelin 23-də də davam edəcək.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub