Cinsini dəyişərək Raina adlı "qadın" olan və ərə gedən Dağıstanın Qızılyurt rayonundakı Çontaul kəndinin sakini, çeçen Adam Əliyev vəhşicəsinə qətlə yetirilib. Onu toydan bir neçə gün sonra öldürülblər.
Adamın qətlinə fərmanı isə atası verib.
25 yaşlı Adam Əliyev Mahaçqalanı tərk edərək Rusiyaya iş dalınca yollanmışdı. Orada əslən Qaraçay-Çərkəs Respublikasından olan Vitali adlı kişiyə vurulan A.Əliyev cinsiyyətini cərrahiyyə əməliyyatları vasitəsilə dəyişmək qərarına gəlmişdi.

Bir neçə əməliyyata məruz qalan və sinə implantatları qoyduran A.Əliyev "Raina" olmuşdu və Viktora ərə getmişdi.
Toy da olmuşdu.
Bundan A.Əliyevin atası Alimşah Əliyev xəbər tutanda demişdi: "O iti görmək istəmirəm! Qoy, onu öldürsünlər! Onu bura gətirin və gözlərimin önündə öldürün!"
Raina polisə şikayətlənərək qətllə təhdid olunduğunu demişdi.Sonucda Rainanı bıçaqlayaraq qətlə yetiriblər.

Çontaul kənd bələdiyyəsinin sədri Abdutaşurp İsrapilov deyib: "Adamı tanıyırdım. Dar şalvarlar geyinirdi, qız kimi gəzirdi. Qadın kimi davranırdı, hətta səsi də qız səsi idi. Məktəbi bitirəndən sonra Moskvaya işləməyə getdi. Eşitdiyimə görə, gecə klublarında işləyirmiş. Onu suçlamıram. Adam, əslində, qadın iimiş. Amma burada hər iki kişidən biri onu öldürmək istəyirdi. Çünki Adam tək ailəsinə və kəndinə yox, bütün Qafqaza ləkə oldu".
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub