İstanbulun Maltepe ərazisində dəhşətl qətl hadisəsi törədilib.
Mynews.az gazetevatan-a istinadən xəbər verir ki, 27 yaşlı Abdullah Yılankaya yanında çalışdığı qəhvəxana administratoru Bayram Çakırı (55) küçənin ortasında güllələyərək öldürüb. Polisə zəng edib təslim olan Yılankaya cinayəti nəzarətdə olan zaman atdığı mesaj ilə eşitdirdi. Çərşənbə axşamı yaşanan hadisədə qəhvəxana administratoru Bayram Çakır müştərilərin ortasında yanında işləyən Abdullah Yılankayanı "borcunu gətir" deyərək döyüb.
Müştərilərin araya girməsindən sonra Yılankaya qəhvəxanadan çıxaraq evinə gedib. Bir müddət sonra əlində pnevmatik tüfəng ilə qəhvəxanaya geri qayıdıb. Qəhvəxanaya yaxın bir ərazidə gördüyü Bayram Çakırın yanına gedərək prospektin ortasında Çakıra dəfələrlə atəş açıb.
Çakırın başına 20 dəfə atəş edən Yılankaya daha sonra polisə zəng edərək cinayət törətdiyini deyib. Hadisə yerinə gələn polis qrupları tərəfindən nəzarətə alınan Abdullah Yılankaya ifadəsində Çakıra borcu olduğunu və bu səbəbdən aralarında münaqişə yarandığını deyib: "20 dəfə fərqli günlərdə "Ya borcunu gətir, ya arvadını" deyərək məni hədələyirdi. Bu axşam da spirt qəbul etdikdən sonra hər kəsin içərisində məni döydü. Dözə bilmədim, evə gedib pnevmatik tüfənglə qayıtdım. 20 dəfə başına atəş açdım" deyib. Burada istintaq təcridxanasında saxlanılan Yılankaya telefonu əlindən alınmadığı üçün cinayəti Facebook-dan yaxınlarına xəbər verib: "Mən olmasam da, yolumu gözləyən iki dostum var. Məni unutmayın", - deyərək vidalaşıb.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub