Aprelin 24 və 25-də açıq dənizdə küləyin sürəti arabir 34 m/s (Dalğanın hündürlüyü 3-5, bəzən 5-7 metr) gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə SOCAR-ın "Azneft” İstehsalat Birliyi tərəfindən dəniz NQÇİ-lərinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib.
"Azneft”dən AZXEBER.COM-a verilən məlumata görə, bütün sahələrdə maarifləndirmə işləri aparılıb, təhlükəli işlərin məhdudlaşdırılması bütün sahələrə yazılı və şifahi formada tapşırılıb. İdarə aparatı və sahələrdə növbətçilik təşkil olunub.
Vacib olmayan işçilərin özüllərdən çıxarılması həyata keçirilib. Belə ki, müxtəlif sahələrdən ümumilikdə 204 nəfər işçi təxliyə olunub. Hava şəraitindən asılı olaraq estakada və estakadayanı meydançalarda hərəkət məhdudlaşdırılacaq və vacib olmayan işçilər vaxt-yaşayış məntəqəsinə təxliyə olunacaq.
Hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub