Azərbaycanın keçmiş baş nazirinin köməkçisi bıçaqlandı Niderland Krallığında azərbaycanlılar arasında dava düşüb.
Mynews.az "Report"-a istinadən xəbər verir ki, hadisə krallığın Vestervoort şəhərində keçirilən toy mərasimində baş verib. Hadisə zamanı Polad Məmmədov adlı azərbaycanlı 5 bıçaq zərbəsi alıb. O, helikopter vasitəsilə hospitala çatdırılıb. Ürək nahiyəsindən bıçaqlanmış yaralının vəziyyətinin ağır olduğu bildirilir. Baş verən hadisə ilə bağlı bir nəfər saxlanılıb. Qeyd edək ki, P.Məmmədov Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun cangüdəni olub. *** Lent.az Hollandiyanın gelderlander.nl saytına istinadən xəbər verir ki, davaya səbəb kabab sifarişi olub. Xəbərdə bildirilir ki, qonaqlardan biri əlavə kabab sifariş vermək istəyib. O, sifarişin təcili gətirilməsini tələb edib. Bu zaman isə mübahisə yaranıb. Toy keçirilən məkanın kənarında davam edən mübahisə isə bıçaqlaşmaya səbəb olub. Hollandiya saytı onu da yazır ki, xeyli dəbdəbəli keçən toy bıçaqlaşma hadisəsindən sonra da davam edib. Davadan sonra şikayətçi də daxil olmaqla iki nəfər saxlanılıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub