Bakı metropolitenində qatar tuneldə qalıb. Hadisə “İnşaatçılar” və “Elmlər Akademiyası” stansiyaları arasındakı məsafədə baş verib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya açıqlamasında faktı təsdiqləyib. O, bildirib ki, Dərnəgül-Həzi Aslanov xətti ilə hərəkət edən qatar texniki nasazlıq üzündən “İnşaatçılar” və “Elmlər Akademiyası” arasındakı tuneldə qalıb. Problem 9 dəqiqə davam edib. Nasazlıq aradan qaldırılıb və qatar hərəkətinə davam edib.
Baş vermiş hadisə üzündən hazırda Bakı metropolitenində qatarların hərəkət qrafikində ləngimə müşahidə olunur. Nəsimi Paşayev bildirib ki, ləngimə müddəti get-gedə azalır və tezliklə qatarların hərəkəti qrafikə uyğun davam edəcək.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub