Daxili İşlər Nazirliyi (DİN) “Azərsığorta” dövlət şığorta şirkətinin Tovuz filialının direktoru Raya Bayramovanın qətli ilə bağlı məlumat yayıb.
Mynews.az nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 22-də Tovuz şəhər sakini Vahid Bayramov Rayon Polis Şöbəsinə müraciət edərək aprelin 20-də bacısı Raya Bayramovanın evdən çıxmasını və geri qayıtmamasını bildirib.
Görülən tədbirlərlə R.Bayramovanın baş nahiyəsində xəsarəti olan meyiti müdiri olduğu Tovuz Dövlət Sığorta İdarəsinin inzibati binasında tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən həmin idarədə mühasib işləyən şəhər sakini Vidadi Vəliyev tutulub.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub