Bakıda şadlıq evində toy mərasimi zamanı dava düşüb.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda fəaliyyət göstərən “Şəlalə” şadlıq sarayında qeydə alınıb.
Belə ki, şadlıq sarayında keçirilən toy mərasimi zamanı 24 yaşlı Mustafayev Şərif Rəfael oğlu qohumları ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib və Ş.Mustafayev dava zamanı şadlıq sarayının giriş qapısının şüşəsinə çırpılıb. Nəticədə onun qolunu şüşə kəsib. Çoxlu qan itirmiş Ş.Mustafayev xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
Araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub