Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alanların adı məlum olub.
Mynews.az Report-a istinadən xəbər verir ki, Yol Patrul Xidməti (YPX) avtomobili ilə “Mercedes”in toqquşması nəticəsində xəsarət alanların sayı 5 nəfərə çatıb.
Yaralılar:
Bakı şəhər sakinləri - 1950-ci il təvəllüdlü Allahverdi Ağalı oğlu Əhmədov;
1986-cı il təvəllüdlü Ülvi Səməd oğlu Sadıqov;
1982-ci il təvəllüdlü Elçin Kazım oğlu Dadaşov;
Salyan rayon sakinləri - 1988-ci il təvəllüdlü Elnur Zakir oğlu Əliyev;
1988-ci il təvəllüdlü Natiq Nifti oğlu Məmmədyarovdur.
Qeyd edək ki, E.Əliyev və N.Məmmədyarov YPX əməkdaşlarıdır.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, xəsarət alanlardan 2-i reanimasiya, 3-ü isə travmotologiya şöbəsinə yerləşdirilib.
Hadisə zamanı ölən iki nəfərin adı hələlik məlum deyil.
14:05
Ələt-Astara yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Məmmədyarov Natiq Mehdi oğlunun idarə etdiyi DYP avtomobili ötmə əməliyyatı zamanı qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşub.
Hadisə zamanı beş nəfərin xəsarət aldığı və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildikləri bildirilir.
Məlumata görə, xəsarət alanlardan ikisi xəstəxanada ölüb.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub