Türkiyənin Diyarbəkir rayonunda telefonla tanış olduğu 14 yaşlı qız uşağını "çay evi"nə aparıb, çılpaq fotolarını çəkən 23 yaşlı A. Ö.-yə hökm oxunub.
Mynews.az-ın verdiyi məlumata görə, Mili.Az gazetevatan-a istinadən xəbər verir ki, Diyarbakır Respublika Baş prokurorluğunun hazırladığı iddianaməyə görə, şübhəli A. Ö. 2009-cu ildə E.A.-ya zəng edərək tanışlıq təklif edib. Təklifi qəbul edən qızı 15 gün sonra çay evinə dəvət edən A.Ö. iddiaya görə burada onun yarıçılpaq fotolarını çəkib. Şikayətdən sonra prokurorluq şübhəli A. Ö. haqqında 3 ildən 8 ilə qədər həbs qərarının çıxarılmasını hakimdən tələb edilib.
İfadəsi alınan zərər çəkmiş E.A. isə hadisədən sonra ərə getdiyini və uşaq sahibi olduğunu ifadə edərək: "2009-ci ildə mənim uşaqlıq vaxtlarıma aid bir hadisədir. Mən hadisəni əvvəl də izah etmişdim. Şikayətçi deyiləm. Heç kim bu qərarıma görə mənə təzyiq etmir", - deyib.
Qərarını açıqlayan məhkəmə şübhəli A.Ö.-nü 2 il 6 ay azadlıqdan məhrum edib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub