Bakıda Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinə (PPX) məxsus avtomobil qəzaya uğrayıb.
Mynews.az-ın Report-a istinadən verdiyi məlumata görə, Suraxanı RPİ-nin polis serjantı, 1977-ci il təvəllüdlü Şahbuzov Sübhan Tağı oğlu idarə etdiyi xidməti “Fiat” markalı avtomobil ilə Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindən keçən dənizkəranı yolda hərəkətdə olarkən yolayrıcı dəmir çəpərə çırpılıb.
Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Nəticədə polis ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Avtomobil Suraxanı RPİ-nin cərimə meydançasına aparılıb. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəasində araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub