USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Dünyanın ən soyuq kəndinə səyahət

13:02 29.04.2017
Dünyanın ən soyuq kəndinə səyahət
13:02 29.04.2017

Dünyanın ən soyuq kəndi Rusiyanın Saxa Respublikasının Oymyakon yaylasında yerləşir.

Mynews.az xəbər verir ki, bu yaşayış yeri 1920-ci ildə Sovet dövründə salınıb.

Təxminən 650 əhalisi olan kənddə yalnız 1 market var. Onun da rəfləri ancaq ət və balıq məhsulları ilə doldurulur. Bölgədə avtomobillər yalnız qarajlarda hərəkətə gətirilə bilir. Burada havanın ən isti vaxtı -45 dərəcə şaxta olur.

Oymyakon kəndində cəmi bir məktəb və bir tibb məntəqəsi var. Məktəb bütün qışı açıq olur, yalnız temperatur -52 dərəcəni keçdikdə bağlanır. Çünki -52 dərəcədən temperaturun aşağı düşməsi bütün elektrik cihazlarının, hətta qələmlərin belə donmasına səbəb olur.

 


Xəbər lenti