Saatlı rayonunda müəllimə zorla qaçırılıb.
Mynews.az xəbər verir ki, Reyhan müəllimənin əmisi Hüsən Usubov criminal.az-a bildirdi ki, Hacıqabul sakini olan Reyhan 2016-cı ilin sentyabrında təyinatla Saatlı rayonunun Nəsimikənd orta məktəbinə ibtidai sinif müəllimi göndərilmişdi. Dünən qardaşımın həyat yoldaşı ilə elə həmin kəndə Reyhanı Hacıqabula evinə gətirməyə getmişdik. Biz Reyhanının yaşadığı evdə onun dərsdən evə gəlməyini gözləyirdik. Xeyli vaxt keçsə də, gəlib çıxmadı.
Sonradan məlum oldu ki, Reyhan dərsdən evə qayıdarkən 3 nəfər tərəfindən zorla qaçırılıb. Qaçıranlardan bir nəfərini kənd sakinləri tutub saxlayıblar.
Hadisə ilə bağlı polisə məlumat verildi. Axtarışladan sonra Reyhanın Xaliq adlı şəxs tərəfindən qaçırılaraq Sabirabad rayonunda nənəsinin evində gizlədildiyi məlum oldu. Qız tapılaraq ailəsinə verildi.
Qızı qaçıran Xaliq adlı şəxs Nəsimikənd məktəbində təmir işi ilə məşğul olubmuş. Polis müəlliməni qaçıran şəxsi saxlayıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub