Şamaxı rayonunda dəhşətli hadisə baş verib.
4 gün öncə Şamaxı rayon orta məktəbində (digər adı Avropa liseyi-red) insanlığa sığmayan hadisə baş verib.
Belə ki, sözügedən orta məktəbin 3 nəfər yuxarı sinif şagirdi 2-ci sinifdə oxuyan 7 yaşlı qız uşağına seksual təcavüz ediblər:
"3 nəfər tərəfindən zorlanan balaca qızcığaz vəfat edib. Ən pisi də odur ki, baş verən vəhşilik gizlədilir. Hadisənin üstündən dörd gün keçməsinə və balaca, talehsiz qızcığazın ölməsinə baxmayaraq, müqəssirlər hələ də əl-qolunu sallaya-sallaya azadlıqda gəzirlər".
Oxucunun bildirdiyinə görə, hazırda məktəb polislə "qaynayır". Lakin hadisə ilə bağlı heç kimə məlumat verilmir:
"Biabırçı olay gizlədilir, çünki zavallı qızcığazı zorlayanlar imkanlı ailənin uşaqlarıdır. Ölən qızın ailəsinin kimliyi gizli saxlanılır".
Məsələ ilə bağlı Şamaxı rayon İcra hakimiyyəti və Azərbaycan Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Hər iki qurumun olaydan xəbərsiz olduğu ortaya çıxdı.
Mövzunu davam etdirəcəyik.
big.az
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub