Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin vəzifəli şəxsi adam öldürüb. Qafqazinfo xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən Vertolyot Meydançasının rəisi Faiq Qasımov dünən gecə saatlarında öz dostunu öldürüb.
Belə ki, F.Qasımov yaxın dostu, Qoşa Qala restoranının sahibi Tərlanla axşam toy məclisində yeyib-içiblər. Sonra isə dostlar əyləncə məclisini Fatmayi kəndində dəniz kənarında davam etdiriblər. Hələlik açıqlanmayan səbəbdən F.Qasımov avtomobolini dostu Tərlanın üzərinə sürüb və ona ağır xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən iş adamı vəfat edib. Rəis F.Qasımov bu gün səhər saatlarında saxlanılıb. Bildirilir ki, hadisə Binəqədi qəsəbəsində yerləşən "Həyat" istirahət mərkəzində baş verib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub