Hər il olduğu kimi, bu ildə Milli Onkologiya Mərkəzi tərəfindən Ümumdünya Xərçəng Günü ilə bağlı çoxsaylı maarifləndirmə tədbirlərinin təşkili planlaşdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Mynews.az-ın verdiyi xəbərə görə, Ümumdünya Xərçəng Günü ilə bağlı Bakıda və ölkənin digər yerlərində xərçəng xəstəlikləri, onların profilaktikası, diaqnostikası və müalicəsi sahəsində geniş əhalinin məlumatlılığının artırılması məqsədi ilə bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub.
04.02.2017-ci il tarixində saat 14.00-da Bakının Gənclik Mall və Park Bulvar ticarət mərkəzlərində keçiriləcək tədbir çərçivəsində xərçəng xəstəliklərinə dair vətəndaşlara faydalı məlumatlar ötürüləcək, buklet və lifletlər paylanacaq. Tədbir zamanı təcrübəli onkoloqlar tərəfindən vətəndaşların onkoloji xəstəliklərə dair sualları cavablandırılacaq, sağlamlıqlarını qorumaq üçün müvafiq faydalı tövsiyələr veriləcəkdir. Tədbirlərə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri də qatılacaq.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub