“Limonun üzərində bakteriyalar olduğu üçün mütləq yuyulduqdan sonra istifadə edilməlidir”.
Bunu Metbuat.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib:
“Ümumiyyətlə, bütün meyvə-tərəvəzlər istifadədən əvvəl mütləq yuyulmalıdır. Meyvələrlə yanaşı, xüsusən tərəvəzlərin üzərində çoxlu heyvani mənşəli infeksiyalar olur. Ən azı yarım saat axar su altında yumaq lazımdır. Amma təəəssüf olsun ki, buna riayyət olunmur. Elə götürək limonu. Limonun üzərində bakteriyalar var. Bakteriyalar xarici təmas olan yerdə olur. Su ilə yuyulduqdan sonra mexaniki vasitələrlə çıxıb gedir. Yalnız yaxşıca yuyulduqdan sonra istifadə etmək lazımdır”.
Limon çox faydalı meyvədir. Tərkibi C vitamini ilə zəngindir. Limonun həm qabığı, həm suyu, həm də özü tam bir vitamin anbarıdır. Ondan bir çox xəstəliklərin müalicəsində, maskaların hazırlanmasında, yeməklərin dadlandırılmasında istifadə edilir. Limon turşusu qanı durulaşdırır. Limonun faydaları ilə yanaşı ziyanı da var. Mütəxəssislər deyir ki, mədə turşuluğu olan insanların limon yeməyi məsləhət deyil. Həddindən artıq limon yemək qanda hemoqlobinin aşağı düşməsinə səbəb olur.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub