İncə belə sahib olmaq üçün 5 idman hərəkəti - FOTOLAR

976
İncə belə sahib olmaq üçün 5 idman hərəkəti - FOTOLAR

Sadəcə 15 dəqiqənizi alacaq, evinizdə edəcəyiniz bu idman hərəkətləri ilə belinizi bir ayda gözlə görüləcək şəkildə incəldəcəksiniz.

Mynews.az həmin idman hərəkətlərini təqdim edir.

1. Əllərinizi yanınıza uzadıb beli üstə uzanın. Ayaqlarınızı düz uzadıb, bir-birinə yapışdırın. 45 dərəcəyə qədər qaldırın. Ayaqlarınızı bir-birindən ayırmadan yavaşca sağa əyin, belinizin qıvrıldığını hiss edin. Təkrar ayaqlarınızı ortaya gətirib, sol tərəfə əyin. İki tərəfdə də 2 saniyə saxlayın, 3 dəfə təkrar edin.

2. Ayaqlarınızı düz uzadıb, oturun. Ayaqlarınızı çiyinlərinizdən daha geniş açın. Qollarınızı iki yana açın. Çiyinləriniz 90 dərəcə olmalıdır. Sağ əlinizlə sol ayağınıza doğru uzanmağa çalışın. Təkrar əvvəlki vəziyyətə qayıdıb, bu dəfə sol əlinizlə sağ ayağınıza uzanmağa çalışın. Hərəkəti hər tərəfə 30 dəfə təkrarlayın.

3. Əlinizə ağırlıqlı lövhə alın. Oturub dizlərinizi qırın. Ayaqlarınızı yerə düz basın. 45 dərəcə geriyə yaslanıb, əllərinizi düz şəkildə önə uzadın. Sağa dönün, ilkin vəziyyətə qayıdıb, sola dönün. Hərəkəti hər iki tərəfə 30 dəfə təkrarlayın.

4. Yan tərəfinizdə oturun, ayaqlarınızı qırıq şəkildə yanınıza uzadın. Ayaqlarınızı və qarın əzələlərinizi istifadə edərək ombanızı yuxarı qaldırın. Yavaşca geri dönün, 8-dək sayın. Hərəkəti 15 dəfə təkrarladıqdan sonra eynisini digər tərəfinizlə də edin.

5. Üzüstə uzanın. Qollarınızı, sinənizi və ayaqlarınızı yerdən qaldırın. Bir müddət bu şəkildə qalın. Eyni anda sol ayağınız və sağ çiyninizi qaldırın, sonra digər ayaq və qol üçün eyni hərəkəti edin. 10 dəfə təkrarlayın. Hər dəfə 10 saniyə dincəlin.

Xəbər lenti