Çoxları elə hesab edir ki, bir bakal pivə içmək zərərli deyil. Bu səbəbdən də yayda sərinləmək, susuzluğu yatırmaq üçün su yerinə pivəyə üstünlük verirlər. Lakin problem ondadır ki, pivə dərini nəmləndirmir. Bunun əvəzinə o, orqanizmi qurudur. Məsələn 60 kq olan adam gündə təxminən 60 ml sidik ifraz edir. Amma bir stəkan pivə içərsə, 120 ml sidik ifraz edəcək. Sidiyin təkrar istehsalı bədəndə suyun azalmasına gətirib çıxarır.
Təəccüblənə bilərsiniz ki, niyə qədim dövrlərdə pivə içən insanların səhhətində heç bir problem olmayıb?
Həqiqətən də əvvəllər zəhərli bakteriyaları olan suyun daha təmiz alternativi kimi pivədən istifadə olunub. İnsanlar pivə içsələr də, uzun illər sağlam yaşayırdılar. Qeyd etməliyik ki, qədimdə pivənin tərkibindəki spirt 0,5% -ə yaxın idi, müasir dövrdə isə pivədə spirt təxminən 4-6% təşkil edir.
Bu konsentrasiyda alkoqol bədənə daxil olanda ADH adlandırılan antidiuretik hormon ayrılır. Sonra o sidik miqdarını artırır.
Bu səbəbdən də hər dəfə pivə içəndə bədəni hidrogenləşdirməyə böyük diqqət yetirməyi unutmayın. Nəticələrini minimuma endirmək üçün pivə bakallarının sayı qədər su için.