Dünyanın bir çox böyük dərman firmalarının 1970-ci ildən bu günə kimi aparılan laboratoriya sınaqlarının nəticələrinə görə, limon qabığının tərkibində olan maddələr 12 növ xəsrçəng xəstəliyinin yaranmasının qarşısını alır. Həkimlər gündəlik həyatda da limondan mütəmadi istifadə etməyi tövsiyə edirlər.
Mynews.az sizə xərçəng xəstəliyinin qarşısını alan limonun faydaları haqqında danışacaq.
Limon qabığında 3-6 %-ə qədər efir yağı var. Bu yağları limon qabıqlarını xüsusi aparatda sıxaraq əldə edirlər. Alınan limon yağı maye halda və xoş ətirli iyə malik olur. Limon qabığının tərkibinin 90 %-ni terpen-limonen adlı ətirli maddə, 3-6 %-ni isə son dərəcə xoş ətirli iyi olan sitral aldehidi təşkil edir. Bu maddələr limon yağının ən qiymətli hissəsidir. Son illərdə limon yağından alınan 2-3 %-li spirtli məhluldan hipertoniya xəstəliyinin müalicəsində damcı şəklində istifadə edilir. Limonun tərkibində olan 8-9 % limon turşusunu bir sıra ölkələr (İtaliya, İspaniya və s.) sənaye miqyasında tibb üçün yararlı hesab edir. Limon turşusundan "natrium-sitrat" adlı preparat hazırlanır ki, bu da qanköçürmə institutlarının təcrübəsində donor qanını konservləşdirmək məqsədilə işlədilir.
Limon xərçəng xəstəliyinə nə kimi təsir edir?
Dünya miqyasında aparılan laboratoriya araşdırmaları sübüt edib ki, limon qabığı bədxassəli xərçəng hüceyrələrini möcüzəvi şəkildə məhv edir. Eyni zamanda, kemoterapiyadan fərqli olaraq sağlam hüceyrələrə heç bir şəkildə zərər vermir.
Dondurulmuş limon bədəndəki toksinləri atır. Stress və gərginliyi aradan götürür.
Donmuş limonu həm də müxtəlif digər ağır daxili xəstəliklərə qarşı, parazit və bağırsaq qurdlarına, iltihab, infeksiya və göbələyə qarşı profilaktik müalicə üsullarında istifadə edirlər. (publika.az)