Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dövrün bəlası - XƏRÇƏNG HAQQINDA YANLIŞ FİKİRLƏR -FOTOLAR

Xərçəng xəstəliyi  hər keçən gün durmadan artır və dünyanın hər yerində elm adamları bu amansız xəstəliklə mübarizə aparmaq üçün əllərindən gələni edirlər. 

Moderator.az  xəbər verir ki, xərçəngin özü qədər, haqqında doğru bildiyimiz əslində yanlış fikirlərdir.

Stress xərçəng yaradır

Xalq arasında ən çox bilinən səhvlərdən biri bəlkə də budur. Xərçəng haqqında məlum olan bir çox şeyə baxmayaraq stresin xərçəng yaratdığı və ya xoşbəxtliyin xərçəngi yaxşılaşdırdığı istiqamətində elmi dəlil yoxdur. 

Biopsiya xərçəngin yayılmasına səbəb olur 

 

Biopsiya, xəstəliyin tam olaraq tanınması və müalicə prosesinin planlaşdırılması üçün əsas üsul hesab olunur. İynəli və cərrahı olaraq iki şəkildə tətbiq edilən biopsiya hər hansı bir şəkildə xəstəliyin yayılmasına səbəb olmur. Biopsiyanın xərçəngi yaymasına aid heç bir sübut yoxdur. 

Ailəndə  xərçəng varsa, mütləq sən də xərçəng olacaqsan

İrsiyyət bəzi xərçəng növlərində rol oynasa da, bu faiz olduqca aşağıdır. Yəni nənəsi xərçəng olan bir qadın mütləq xərçəng olacaq deyə bir şey yoxdur. Xərçəng genetik bir xəstəlik olaraq mutasiya nəticəsində əmələ gəlir, ancaq genetik bir xəstəlikdir, demək səhvdir.

Xərçəng yoluxucudur

Məlum olan xərçəng növlərindən heç biri yoluxucu deyil. Təəssüf ki, bu yanlış inanca görə xərçəng xəstələri təcrid edilmiş bir həyata məhkum olur. Xərçəng xəstələri müalicə olunarkən , həkimlərin uyğun gördüyü şəkildə sosial həyatlarına davam edirlər. Xərçəng xəstələrinin cəmiyyət içinə qarışmasında hər hansı bir maneə yoxdur.

Xərçəng xəstələri şirniyyat yeməməlidir

Xərçəng hüceyrələri fəaliyyətlərini davam etdirə bilmək üçün normal hüceyrələr kimi enerjiyə ehtiyac duyur. Ancaq şəkər yeməyi azaltmaq xərçəng hüceyrələrinin fəaliyyətini ləngitməz. Əksinə, çox şirniyyat yemək xərçəng hüceyrələrinin fəaliyyətini artırmır. Yəni xərçəng xəstələrinin şirniyyat  yemələri xəstəlikləri üzərində müsbət və ya mənfi hər hansı bir təsir yaratmır.

Bıçaq dəydiyi zaman xərçəng yayılır

Xərçəng xəstəlikli orqanın və ya toxumanın xəstənin bədənindən çıxarılması, xərçəngin yenidən başlama (təkrarlanma) nisbətini əsaslı bir şəkildə azaldır.

Xərçəngdən sonra iş həyatına qayıtmaq

Xərçəng müalicələrində yeni üsullar sayəsində bir çox xəstə müalicə prosesində sosial həyatlarına davam edə bilir. Xüsusilə xərçəng erkən müəyyən edilmişsə, tətbiq edilən dərman müalicələrində adamın işindən ayrılmasına ehtiyac qalmır. Xərçəng ucbatından  işindən ayrılan bir xəstə, müalicəsi başa çatdıqdan sonra yenidən iş həyatına qayıda bilər.

Xəstəyə xərçəng olduğu deməməlidir

Əksinə, xəstəyə xəstəliyi ətraflı izah edilib məlumatlandırılmalı və özü üçün ən uyğun olan müalicə üsulunu seçməsinə icazə verilməlidir. Xəstənin müalicə prosesinə fəal iştirakı tətbiq edilən müalicələrin uğurunu artıracaqdır.

Pozitiv düşüncə ilə xərçəngi məğlub etmək mümkündür

Xəstənin yüksək əhval-ruhiyyə və motivasiyaya malik olması, müalicə əsnasında çətinliklərin altından qalxması üçün əhəmiyyətlidir. Ancaq yalnız müsbət fikirlə xərçəngi məğlub etmək mümkün deyil. Həm fiziki, həm də ruhi sağlamlığın bir arada qorunduğu xərçəng müalicəsi ən yaxşı nəticələri verir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...