Yazda və yayda ən çox yeyilən meyvələrdən biri alçadır. Bu turş və dadlı meyvəni görüb, heç olmasa birini yeməmək mümkün deyil. Hər gün mütləq qəbul etməli olduğumuz C vitamini alçanın tərkibində bol miqdarda var. Bundan başqa, alça göz və dəri sağlamlığı üçün əhəmiyyət daşıyan A vitamini, qanın axmasına məsul olan K vitamini, təzyiq və su tarazlığını təmin edən natrium, kalium, stress əleyhinə mineral olan maqneziumla da zəngindir. Kalsium ehtiva edən alça dəmir baxımından da olduqca zəngindir. Sıx lif quruluşuna da malik olan alçanın həzm sistemi üzərindəki təsiri çox böyükdür. Mynew.az Ailem.az-a istinadən alça və onun faydaları haqda məlumatı təqdim edir.
Alçanın antioksidant xüsusiyyətləri araşdırılıb və 100 fərqli meyvə ilə müqayisə edilib. Araşdırmalarda anitoksidantları xərçəng hüceyrələri ilə qarşı-qarşıya qoyublar. Nəticədə sübut edilib ki, alçanın antioksidant gücü çöl böyürtkənindən daha çoxdur. Bundan başqa, süd vəzi xərçəngi hüceyrələri ilə qarşılıqlı təsiri araşdırılıb. Məlum olub ki, alça süd vəzi xərçəngi hüceyrələrinin böyüməsini dayandırmaq gücünə malikdir.
Alçanın insan orqanizminə olan faydaları bunlardır:
- Həzmin işini nizamlı və kifayət qədər təmin edir.
- Qəbizliyin qarşısını alır.
- Lif baxımından zəngin olduğu üçün mədə qazı və qəbizlik probleminə qarşı təsirlidir.
- İmmunitet sisteminin formalaşmasına və qorunmasına kömək edir.
- Daim alça yemək diş ətlərini gücləndirir.
- Diş sağlamlığının formalaşması və qorunmasına təsir göstərir.
- Dəmir əskikliyinin qarşısını almaqda və müalicə müddətində köməkçidir.
- Bədənin qan dövranına köməkçi olur.
- Alçanın tərkibində olan zəngin C vitamini və dəmir anemiyanın qarşısını alır.
- Gümrah və möhkəm bədən üçün alça əvəzedilməz meyvədir.
- Bədənin möhkəm, gənc, sağlam və uyğun görünüşlü olmasında köməkçidir.
- Alça kalium və maqnezium elementləri ilə zəngindir. Bu iki element insanın ürək-damar sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.
- Turşularla zəngin olan alça orqanizmdəki piyləri parçalayır, xolesterinin və şəkərin səviyyəsini aşağı salır. Arıqlamaq istəyirsinizsə, alça yeyin.
- Alça qan şəkəri səviyyəsinə müsbət təsir edir.
- Alça yedikdən sonra qandakı qlükoza ortaya çıxır. Qan şəkəri nə qədər balanslı olarsa, arıqlamaq da o qədər balanslı və davamlı olar.
- Alça yüksək miqdarda antioksidant ehtiva etdiyi üçün beyin və qandakı hüceyrələrin zərər görməsinə mane olur.
- Ağciyərlərin qorunması və sağlamlığı üçün təsirlidir.
- Alça yeyənlərin astma, ağciyər xərçəngi, soyuqdəymə, öskürək və ağciyər problemlərindən uzaq qaldığı sübut edilib.
- Yaşlı insanların nizamlı olaraq alça yemələri görmə problemini aradan qaldırmağa kömək edir.
QEYD: mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi, qastrit zamanı alçanın qəbulu məsləhət deyil.