Qansızlığın (anemiya) ən böyük səbəbi düzgün qidalanmamaq və az meyvə-tərəvəz yeməkdir.
Mynews.az xəbər verir ki, qan azlığı daha çox qadınlarda və uşaqlarda rast gəlinir. Qan azlığından əziyyət çəkənlər və ya bu problemlə üzləşmək istəməyənlər tərkibində B12 vitamini, fol turşusu və dəmir olan qidalar qəbul etməlidir.
Tərəvəz və göyərti: pomidor, şəkər çuğunduru, balqabaq, kök, təzə kartof, ispanaq, cəfəri, xardal və gicitkən.
Meyvələr: alma, nar, gavalı, ərik, banan, armud, xurma, heyva, kivi və quru meyvələr.
Giləmeyvələr: qara qarağat, quşüzümü, çiyələk, moruq, qara üzüm, qarpız, itburnu.
Şirələr: alma, nar, çuğundur, kök, tomat.
Qaraciyər, mal əti, süd, yumurta, pendir və balıq B12 vitamini də bu baxım çox zəngindir.
Tünd yaşıl yarpaqlı tərəvəzlər isə həm fol turşusu, həm də dəmirlə zəngindir. İspanaq, brokoli kimi tərəvəzləri qida rasionunuza daxil edin.