Kəklikotunun bilmədiyiniz faydası - Qatıqla qarışdırın...

Təbabətdə kəklikotunun əsasən, təzə yarpaqlarından istifadə edilir. Onu qurudulmuş halda da istifadə etmək olar. Xoş qoxulu və bir az acıdır. Gün dəyən yerdə bitən kəklikotu ilə kölgədə bitən kəklikotunun qoxusunda və keyfiyyətində fərq var.
Kəklikotu tamat souslarında, qızardılmış meyvələrdə, ət yeməklərində istifadə edilir. İtalyan yeməklərinin demək olar ki, bütün menyularında kəklikotunun özünəməxsus yeri var. Ən çox pizzada istifadə olunur. Sarımsaq və qatıqla qarışdırıb dadlı sous hazırlamaq olar.
Faydaları:
Sakitləşdirici təsirə malikdir.
İmmuniteti artırır.
Soyuqdəymədə şorbalarda istifadə etmək yaxşı effekt verir.
Dəmləməsi ən yaxşı ağrıkəsicidir.
Revmatizmanın müalicəsinə kömək edir.
Kəklikotu yağı diş ağrısına əvəzolunmaz təsir edir.
Damaqları möhkəmləndirir.
Yaraların sağalmasına kömək edir.
Şəkər xəstəliyinə qarşı faydalıdır.
Stresi aradan qaldırır.
Yuxusuzluğu kömək edir.
Qanazlığını aradan qaldırır.
Xərçəngə qarşı faydalıdır.
Müalicəvi bitkilərdən olan kəklikotu faydalı xüsusiyyətləri ilə əsl şəfa mənbəyidir. Kəklikotu hələ qədimdən xalq təbabətində əsasən soyuqdəymənin dərmanı kimi işlədilib. Tərlədici, bəlğəmgətirici və antiseptik xassəyə malik olduğu üçün laringit, bronxit, göy öskürək, pnevmaniya kimi xəstəliklərdə, eləcə də boğaz ağrılarında ondan faydalı vasitə kimi istifadə etmək olar.
Kəklikotu dəmləməsi qarqara şəklində ağız boşluğunun və udlağın iltihabı zamanı, eləcə də mədə-bağırsaq xəstəliklərində əhəmiyyətli sayılır.
Onun çiçəklərini çeynəmək diş ağrısına, damaqların möhkəmlənməsinə müsbət təsir edir. Kəklikotu həmçinin iştahı yaxşılaşdırır, həzmə kömək edir, mədəni və ciyəri təmizləyir. Bu bitkinin həlimi qarında köp və spaznı aradan qaldırır, bağırsaq qurdlarını tökür. Qan təzyiqi yüksək olanlar da kəklikotundan faydalana bilər.
Kəklikotu dəmləməsi qan dövranını yaxşılaşdırdığı üçün insanda xoş əhval-ruhiyyə yaratmaq, sinir sistemini sakitləşdirmək qabiliyyətinə malikdir.
Dərinin parlaqlığı, eləcə də yaraların sağalması üçün onun məlhəmi çox xeyirlidir. Məsələn, kəklikotu və baldan hazırlanmış məlhəmi zəhərli cücülərin dişlədiyi yerin üstünə çəksəniz, tezliklə kömək edər. Eləcə də gözün qarasına ağ ləkə düşərsə, ora kəklikotu şirəsi damcılatmaq lazımdır.
Diş ağrısında kəklikotu yağı ağrıkəsici kimi ən gözəl vasitə sayılır.
Amma həkimlər hamilə qadınlara, kəskin böyrək və qaraciyər xəstəliyindən əziyyət çəkənlərə kəklikotundan istifadə etməyi məsləhət görmürlər.
Sağlamlıq
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
- Mütəxəssislər xəbərdarlıq edir - Mədəniz çox yeməkdən partlaya bilər
- Nazirlikdən uşaqlar arasında yayılan virusla bağlı - AÇIQLAMA
- Qanı qatılaşdıran 5 qida – 40 yaşından sonra yemək olmaz
- Yaşı 40-dan aşağı olanlarda qəfil ölümün səbəbləri - Həkim açıqladı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda aylıq 141 manat ödəməklə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ 971 dəfə oxunub
- Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək - Götürülən kreditlərə... 961 dəfə oxunub
- 2 hərbçi faciəvi şəkildə öldü 929 dəfə oxunub
- Bu ölkədə qızılca epidemiyası elan edildi 553 dəfə oxunub
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO) 195 dəfə oxunub