Xərçəng xəstəliyini öyrənən mütəxəssislər siçanlar üzərində iltihab əleyhinə preparatları sınaqdan keçirəndə təəccübləniblər: siçanların yeni xəzi peyda olub. Alimlər bunun səbəbini araşdırmağa qərar veriblər.
Metbuat.az bildirir ki, məlum olub ki, xəzin çoxalması prosesi makrofaqlarla əlaqəlidir. Makrofaqlar infeksiya və viruslarla mübarizə üçün immun sisteminin yaratdığı ağ qan hüceyrələri olan monositlərin törəmələridir.
Madriddəki İspaniya Milli Tədqiqat Mərkəzində bu kəşfi edən həkim Mirna Peres-Morenonun sözlərinə görə, makrofaqlar yaxınlıqdakı tüklərin bitməsinə cavabdeh olan kök hüceyrələrini aktivləşdirirmiş.
Bu o deməkdir ki, follikulları hətta 5000 funt-sterlinqdən də baha başa gələn tüklərin əkilməsi prosesi olmadan da stimullaşdırmaq olar.
Bu sahədə öncəki tədqiqatlar dəridə tüklərin böyüməsinə səbəb olan siqnalları identifikasiya etsə də, məhz hansı hüceyrələrin buna cavabdeh olduğu sualı açıq qalmışdı.
Tədqiqatı aparanlar hesab edirlər ki, onların kəşfi hüceyrələrin regenerasiyasında, qocalıqla, keçəlliklə və xərçənglə mübarizədə yeni metodların yaranmasına böyük köməklik edəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub