Dünyada adını eşitmədimiz bir çox canlı var.
Bunlardan biri də panqolindir. Çox qəribə görünüşə malik olan panqolinin bədəni balıq kimi pullarla örtülüdür. Bəs hansı bölgədə yaşayır bu heyvanlar və nə kimi xeyri var?

Panqolinin yapışqan dili 300 santimetr uzunluğundadır. Yapışqan dilini digər canlıların yuvasına salaraq onların yumurtasını çətinlik çəkmədən çıxardıb yeyir. Panqolinlərin Asiyada dörd və həmçinin Afrikada dörd növü mövcuddur. Ümumilikdə səkkiz növü mövcuddur. Bir neçə panqolin növünün isə nəsli tükənmək üzrədir. Bu canlıların boyu 30-100 santimetr arasında dəyişir. Panqolinlər ağacların gövdələrinin içində ya da qazdıqları çuxurlarda yaşayırlar.

Çin təbabətində xərçəng xəstəliyinin müalicəsi üçün istifadə olunur. Çində bu yaxınlarda 3.1 ton panqolin pulu əldə edilib. Bu da 7500 panqolinin öldürülməsi deməkdir. Çində 1klo panqolin pulu 5 min yuan yəni 700 dollar qiymətinə satılır. Çində panqolinlərin ovlanması qadağan edilsə də, bu elə də əhəmiyyət kəsb etmir. Panqolinlərin ovlanması onların nəsillərinin tükənməsinə gətirib çıxarır.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub