8 dəfədən çox tualetə gedirsinizsə... TƏHLÜKƏ

871
8 dəfədən çox tualetə gedirsinizsə... TƏHLÜKƏ

Uyğunsuz yerdə, uyğunsuz saatda tualetə getmək istəyirsiniz?

Yarım saatlıq da olsa, evdən çıxarkən əvvəl, ya sonra tualet istəyiniz yaranır? Hətta durum o qədər acınacaqlıdır ki, tualetə getməmək üçün su içməkdən imtina etmisiniz? Bunu çoxları sidik kisəsinin balaca olması ilə əlaqələndirirlər. Əslində isə sidik kisəsi kiçik deyil, daha aktivdir.

Mynews.az Lent.az-a istinadən xəbər verir ki, xüsusilə qadınlarda rastlanan və sosial həyata mənfi təsir edən çox aktiv sidik kisəsi problemi ilə bağlı detalları açıqlayır.

Çox aktiv sidik kisəsi nədir?
 
Sidik torbası əzələsinin gərəksiz yerə sıxılması nəticəsində sosial həyata olduqca təsir edən bir xəstəlikdir. Normal halda sidik kisəsindəki sidik müəyyən bir həddə çatmadan tualetə getmək istəyi yaratmaz. Ancaq sidik kisəsi çox aktiv olduğu halda bir stəkan çay içəndə belə, tualetə dərhal getmək istəyi yaranır, hətta sidiyi qaçırma halları da olur.
 
Əlamətləri nələrdir?
 
Anidən sidiyə getmək hissi yaranır.
 
Gündə 8 dəfədən çox tualetə gedirsiniz.
 
Gecələr tualetə getmək üçün tez-tez oyandığınızdan yuxu keyfiyyəti də azalıb. Çox ani gələn sidiyi hətta qaçıra bilirsiniz. Bu halda tez bir zamanda mütəxəssis yanına getməlisiniz.
 
Bu problem necə yaranır?
 
Bilinməyən səbəbdən sidik kisənizin əzələsi çox aktiv olur.
 
İflic, parkinson, hidrosefali, beyin şişi, MS, travmatik beyin fəsadı, şəkər xəstəliyi kimi sağlıq durumuna mənfi təsir edən xəstəliklər də çox aktiv sidik kisəsi problemi yaşamanıza səbəb olur.
 
Nevroloji hallara bağlı olmayan, sıx sidik yolu infeksiyası, sidik kisəsi boyunun darlığı, sidik kisəsi şişi, sidik kisəsi daşı, sidik yollarındakı yad cismlər, prostat böyüməsi, cərrahi müdaxilələr kimi sağlamlıq problemləri də çox aktiv sidik kisəsi probleminə təsir edə bilir.
 
Müalicəsi ilə yanaşı bəzi həyati vərdişləri dəyişdirmək, pelvik idman hərəkətləri etmək lazımdır. Bundan başqa sidik kisəsinə botoks tətbiqi, sidik kisəsini böyütmək kimi əməliyyatlar etmək də olur.
 
Çox aktiv sidik kisəsi probleminə nəzarət etmək üçün
 
- Piylənmədən qaçın. Sağlam çəkinizi qorumağa çalışın.
 
- Siqaret və tütün məhsullarınızı həyatınızdan çıxarın.
 
- Qəbizlik də bu problemə təsir edir. Ona görə lifli qidalar yeyin.

- Axşam saatlarında sulu meyvə və tərəvəz yeməyin.
 
- Sidik kisəsi problemini artıran pomidor, soda kimi məhsullardan uzaq durun.
 
- Spirtli içki həddini azaldın.
 
- Tualetə getdikdən sona bir neçə saniyə gözləyin.
 
- Tualetə getmə sıxlığına nəzarət etmək üçün cədvəl hazırlayın.
 
- Süni dadlandırıcılar, çox ədviyyatlı yeməklər, qazlı içkilərlə vidalaşın.
 
- Kafein, qəhvə, çay qəbulunu azaldın.
 
- Müntəzəm idman edin. Pelvik idman hərəkətləri gücsüzləşən və sidiyi saxlaya bilməyən əzələlərin güclənməsinə kömək edəcək.

Xəbər lenti