Cinsi həyatın həm kişilərin, həm də qadınların sağlamlığına nə qədər faydalı olduğu məlumdur. Kifayət qədər sekslə məşğul olmamaq bütün bədənə və psixologiyaya təsir edir. Bunun xüsusən kişilərin sağlamlığına mənfi təsir etdiyi deyilir. Maraqlıdır, bəs qadın sekslə məşğul olmadıqda orqanizmində nə baş verir? Mynews.az Ailem.az-a istinadən bu suala mütəxəssislərin cavablarını təqdim edir.
Libido itir
Sekslə kifayət qədər məşğul olmadıqda cinsi aktivliyinizi itirərsiniz. Seksdən uzaq duran insanların vaxt keçdikcə iştahı itir. Necə deyirlər, gözdən uzaq olan könüldən də iraq olar.
Vaginal divarlar zəifləyər
Bu hal xüsusilə menopauza keçirən qadınlara aiddir. Daimi olaraq cinsi əlaqəyə girmədikdə vaginal divarlar nazilir və cinsi əlaqə zamanı ağrı verməyə başlayır. Mütəxəssislərin fikrincə, nizamlı seks menopauza dövründə vaginal sağlamlıq üçün vacibdir.
Vagina dayanıqlığını itirir
Xüsusilə orta yaşlı qadınlar seksə ara verdikdə vagina dayanıqlığını itirdiyi üçün seks olduqca ağrı verir. Bunun səbəbi estrogen hormonunun kifayət qədər olmamasıdır. 20-30 yaş arasında qadınlar kifayət estrogen hormonu ifraz etdikləri üçün sekslə məşğul olduqda toxumalar sağlam, elastik və hamar qalır.
Menstruasiya sancılarını artırır
Bir çox qadınlar menstruasiya dövründə seksə ara verir. Əslində elə bu dövrdə sekslə məşğul olmaq məsləhətdir. Çünki seks menstruasiya sancılarının qarşısını ala bilər. Orqazm olduqda uşaqlıq kontraksiyası yaşanır və bu vəziyyət qanın daha tez boşalmasını təmin edir. Bu da sancıları azaldır. Eyni zamanda, orqazm endorfin ifrazını təmin edir.
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
568 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
539 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
524 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
514 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
511 dəfə oxunub