Yazın gəlişi sinir-damar tonusuna təsir göstərdiyi üçün nəticədə əhval-ruhiyyə dəyişir.
Orqanizmin emosional sferasından asılı olaraq, hər kəs dəyişikliklərə müxtəlif cür reaksiya verir. Bəzi insanlarda depressiya, stressə meyllilik yaranır. Bəzənsə tam əksinə, insanın əhvalının yaxşılaşmasına səbəb olur. Buna da el arasında "qanın qaynaması" deyirlər. Tibb isə bu halı belə izah edir: damarlar daralır, endorfin ifraz edilir və əhval-ruhiyyə yaxşılaşır. Daralmış damarda qan daha sürətli dövran edir. Ona görə də buna "qan qaynamaq" deyirlər.
Psixiatrlar günəş şüalarının, mövsümü faktorların beyində seratonin, yəni xoşbəxtlik hormonunun ifrazına təsir etdiyini vurğulayır.
Bəs görəsən, günəş şüaları ilə bağlı olaraq seratonin hormonun artması libidonun (cinsi istək) artmasına da səbəb olurmu?
Libido günün saatına görə dəyişə bilir. Məsələn, cinsi istək kişilərdə əsasən səhər erkən saatlarda yaranır. Yazın verdiyi müsbət hallar nəticəsində aura, əhval-ruhiyyə yaxşılaşır, onun fonunda insanın libidosu arta bilər.
//metbuat.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub