Oruc tutanlar bu qidalardan yesin, tox saxlayır HƏKİM MƏSLƏHƏTİ

1137
Oruc tutanlar bu qidalardan yesin, tox saxlayır HƏKİM MƏSLƏHƏTİ

Ramazanda uzun müddət ac və susuz qalmaq halsızlıq, qəbizliyə səbəb ola bilər.

Mynews.az xəbər verir ki, oruc tutan şəxsin imsak və iftarda düzgün qidalanması, qidaları uyğun miqdarda qəbul etməsi vacibdir. Həkim-dietoloq Mərvə Yüksək Ramazan ayını sağlam keçirmək üçün məsləhətlər verib:

Qatıq və ayranı süfrənizdən əksik etməyin

Orucu açarkən tələsməyin. Qidanı yaxşıca çeynəyin. 1 ədəd xurma və ya zeytun ilə orucu açıb, şorba ilə davam edin. Yeməyə biraz ara verin. Xəfif qidalar, salatlar və yağlı olmayan tərəvəz yeməkləri ilə davam edin. İftar süfrələrindən qatıq və ayranı əksik etməyin. Qızardılmış qidalar, xəmir xörəkləri və tərkibində çox şəkər olan qidalardan uzaq durun.Yeməkdən bir saat sonra yerimək özünüzü daha yaxşı hiss etmənizə yardım edəcək.

İftardan sonra bitki çayları için

İftardan sonra içəcəyiniz 1 stəkan razyana çayı həzm sisteminə olduqca faydalıdır, mədədə yanma və şişkinliyi aradan qaldırır. Çobanyastığı çayı təbii sakitləşdirici olduğu üçün həm imsak, həm də iftarda içmək olar.

Darçınlı su ilə qan şəkərinizi nizamlayın

Oruc tutarkən ən önəmli məsələ su istehlakıdır. Bədənin istilik dərəcəsini sabit saxlamaq üçün iftar ilə imsak arasındakı müddətdə bol maye qəbul etmək lazımdır. Hər saat 1-2 stəkan su içilməlidir.

Bir neçə çubuq darçın, təzə nanə yarpaqları və limon dilimləri ilə həm qan şəkərinizi sabit saxlayacaq, həm də susatmayan içki hazırlaya bilərsiniz. Suyu bitki çayı, şəkərsiz limonad, kompot və s. ilə əvəz edə bilərsiniz.

Meyvələrinizə darçın səpin

İftardan sonra meyvə yeyərkən üzərinə darçın səpin. Bu qan şəkərinizi normada saxlayacaq. Ananas kimi lifli və şəkəri az meyvələrdən yeyin. Ağır şirniyyatlardan uzaq durun.

Xəbər lenti