Hər bir qadın belinin incə olmasını istəyir. Bel bölgəsi bədənin ən çox yağ yığılan hissəsidir. Həmin yerlərdə yağları əritmək bədənin başqa yerlərinin də incəlməsinə səbəb ola bilər. İdman salonlarında vaxt keçirmək, pəhriz saxlamaq beli incəltməyə kömək edə bilər. Amma buna vaxtı və imkanı olmayanlar da var. Mynews.az Ailem.az-a istinadən verdiyi məlumata görə məhz bu insanlar üçün beli incəltməyin başqa yollarını təqdim edir.
- İlk növbədə, yemək yeyərkən bütün diqqətinizi oraya yönəldin. Televor izlərkən və ya başqa bir şeylə maraqlanarkən yemək yemə vərdişini tərgidin. Eyni zamanda yeməklərinizi yerdə və oturaraq yeməyə çalışın. Bu vəziyyət həzm sistemini asanlaşdırıb bel bölgəsində yağların yığılmasına mane olar.
- Yemək miqdarına diqqət etməlisiniz. Yemək əsnasında mədənizin hamısını doldurmaq əvəzinə iki ovuc qədər qidalanmaq bel sahəsində yağların yığılmasına mane olacaq.
- Yatmazdan ən az iki saat əvvəl heç bir qida yemək olmaz. Dolmuş mədəylə yatağa girmək bel bölgəsində yağlanmaya səbəb olur. Paylar arasında ən az 3 saat ara olmalıdır. Əks təqdirdə yediklərinizi rahat formada həzm edə bilməzsiniz.
- Belinizi incəltmək istəyirsinizsə, şübhəsiz ki, sağlam qidalanmalısınız. Ancaq bu müddətdə çiy tərəvəzlərdən mümkün qədər uzaq dayanmalısınız. Çünki bu qidalar sahib olmaq istədiyiniz incəliyə qovuşmağınıza mane olaraq şişkinlik yaradar.
- Meyvə və tərəvəzləri mövsümündə yeməyə diqqət göstərin. Mövsümündə yeyilməyən tərəvəzlər kimyəvi maddələr ehtiva etdiyi üçün xüsusilə bel bölgənizdə şişkinliyə səbəb olar.